“Məzəli Şalı” adlı qala konsert

Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Məzəli Şalı” adlı möhtəşəm qala konsert proqramıyla çıxış etdi. Hər il olduğu kimi bu il də təntənəli yekun konserti ilə tədris ilinin sonuna öz nöqtəsini qoydu.

Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində "Məzəli Şalı" adlı möhtəşəm qala konsert proqramıyla çıxış etdi. Hər il olduğu kimi bu il də təntənəli yekun konserti ilə tədris ilinin sonuna öz nöqtəsini qoydu.

Olaylar.az bilditir ki, konsert həmçinin Azərbaycan Cumhuriyyətinin yaranmasının 100 illiyinə və 1 iyun uşaqların müdafiə gününə həsr edilmişdi.

Proqram bir-birindən maraqlı nömrələrlə zəngin idi. Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri ilə yanaşı dünya xalqlarının mahnı və rəqsləri proqramı daha da rəngarəng və maraqları edən məqamlardan biri idi. Bu həm də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının multikultral dəyərlərə hər zaman önəm verdiyinin bir sübutu idi.

Konsert proqramında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı, "Şəms" uşaq xoru, Uşaq Xor Kapellası çıxış etdi. "Şəms" uşaq xoru və Uşaq Xor Kapellasının bədii rəhbər və dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyevadir. Rəqslərin qurulmasında "Folklor" rəqs ansamblının bədii rəhbəri Nigar Zeynalovanın da rolunu qeyd etməmək olmaz.

Konsertin sonunda möhtəşəm final mahnısı ilə iştirakçıların hər biri ardıcıl olaraq səhnəyə çıxdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31