"Anam dedi ki, Kənan abır-həyalı oğlandır, əsl kişiyə oxşayır" — Aygün
Müğənni Aygün Mahmudova (Şükürova) "Space" telekanalında Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində şəxsi həyatı və karyerası barədə danışıb.
6 İyun 2018 13:31 MədəniyyətMüğənni Aygün Mahmudova (Şükürova) "Space" telekanalında Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində şəxsi həyatı və karyerası barədə danışıb.
Sənətçi karyerasının pik dövründə ailə qurduğuna peşman olmadığını söyləyib:
"Karyeramın ən pik nöqtəsində ailə həyatı qurdum və heç də peşman deyiləm. Xoşbəxtəm ki, vaxtında ailə qurmuşam. Üç övladım var. Vaxtında ailə qurulmalıdır. Hər şeyin öz zamanı var. Təbii ki, sevgi də önəmlidir. İstəsəydim, ailə qurmayıb, sənətimi davam etdirərdim. Bir də ayılacaqdım ki, qırx yaşım var. Qırx yaşımda sevgi nəyimə lazımdır? Sevib ailə qurmuşam və heç bir peşmançılığım yoxdur. Yaşlılar deyir ki, qız iyirmi beş yaşı keçəndən sonra sonalamağa, seçməyə başlayır. Bəlkə də karyeram çox yüksəlsəydi, seçim etmək çətin olardı. Sənətdə yaş həddi yoxdur. Aktyorlarda da yaş həddi mövcud deyil. Ancaq hər kəs zamanında ailə qurmalıdır. Qızlar iyirmi beş yaşına qədər ailə qurmalıdır. Mən mentalitetimi çox sevirəm və orada nə varsa, mənə xoşdur. İndi kimə nə sərf etmirsə, onu yıxır mentalitetin üstünə. Qız uşağı sevib, abır-həyalı ailə qurmalıdır".
Müğənni seçim etməkdə anasının rolunun olduğunu gizlətməyib:
"Ailə quranda anam dedi ki, Kənan abır-həyalı oğlandır, kişiyə oxşayır və onunla ailə qura bilərsən. Anam olmasaydı, bəlkə deyərdim ki, bir az da oxuyum".
Xatırladaq ki, Aygün Mahmudova rejissor Kənan M.M-in həyat yoldaşıdır.
Qeyd edək ki, "Onda başladıq" verilişinin informasiya dəstəkçisi "Ölkə.Az" saytıdır.