Castin Biber məhkəməyə verilib VIDEO

Keçmiş mühafizəçi müğənniyə qarşı məhkəmə davası açıb

Castin Biberin keçmiş mühafizəçisi müğənniyə qarşı məhkəmə davası açıb. Mühafizəçinin şikayəti onun əməkhaqqının ödənilməməsi və Biber tərəfindən döyülməsi ilə bağlı olub. Mühafizəçi eyni zamanda bildirib ki, 20 ay ərzində müğənni onu gündə 14-18 saat işlətdiyindən əlavə olaraq pul ödəməyib.

Tam olaraq Biberdən 420 min dollar əlavə pul tələb olunur. Müğənni özü hələ ki, məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31