Ötən il 81 şəxsə mehmanxana işlətməsi üçün icazə verilib
11 Yanvar 2013 17:19 Mədəniyyət2012-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 81 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci il ərzində 37 mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçirilib. Onlardan 11-nə 5 ulduz, 20-nə 4 ulduz, 4-nə 3 ulduz, 2-nə 2 ulduz kateqoriyası verilib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31