Qazaxıstanlı qonaqlar Qəbələdə olub
11 Yanvar 2013 17:18 MədəniyyətQazaxıstanın Baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Qəbələ rayonunda bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə tanış olub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Qəbələdə irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi bu diyarın füsunkar təbiətə malik olduğunu bir daha təsdiq edir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31