Cazın atası öldü

Dünyaca nüfuzlu Montrö Caz Festivalının banisi və rəhbəri Klod Nobs vəfat edib. "Cazın atası" adlandırılan Nobs İsveçrənin Lozanna şəhərindəki xəstəxanada keçinib.
Milli.Az European-a istinadən bildirir ki, 76 yaşlı Nobs dünya cazının ən önəmli simalarından biri sayılırdı. Ötən ilin dekabrın 24-də Montrö şəhərinin yaxınlığındakı dağ kurortunda xizək sürərkən yıxılan Nobs koma vəziyyətinə düşmüşdü. Həkimlərin bütün səylərinə rəğmən, Nobs dünənədək koma vəziyyətində qalmışdı.
Nobs 1967-ci ildə Montrö şəhərində caz festivalının təməlini qoymuşdu və bu tədbir indiyədək hər il keçirilirdi. 1971-ci ildə səhnədə Zappa oxuyanda konsert salonu alışıb kül olsa da, Nobs festivalı dayandırmamışdı. 
"Deep Purple" qrupunun ən məşhur mahnılarından biri olan "Smoke on the Water" də məhz bu yanğına həsr olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31