Kıvanc Tatlıtuğa nə olub?

Türkiyənin gənc və populyar aktyorlarından biri Kıvanc Tatlıtuğ baş rolda oynadığı "Kuzey Güney" serialının ötən seriyasında ekranda çox az göründü. Bu isə serialın fanatlarının narahatlığına səbəb olub. Milli.Az DHA-ya istinadən bildirir ki, serialın ssenari müəllifi Ece Yörenç Twitter vasitəsilə suallara cavab verib: "Bəli, əfsuslar olsun ki, Kıvancın bu seriyada səhnələri az idi. O, İstanbul Kültür Universitetinin teatr fakültəsində oxuyur. Sessiyadır və o da imtahanlara hazırlaşır. Dərslərini oxuyur, nəfəs almadan imtahanlar verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31