Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel”i
11 Yanvar 2013 13:51 MədəniyyətCari ilin yanvar ayının 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın "Jizel" baletinin tamaşası olacaq. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, tamaşada əsas partiyaları ifa etmək üçün Sankt-Peterburqun Mixaylovski adına Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Rusiyanın əməkdar artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Sabina Yapparova (Jizel) və Andrey Yaxnyuku (Albert) dəvət edilib. Tamaşanı Xalq Artsti, professor Cavanşir Cəfərov idarə edəcək. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31