Azərbaycanın xalq artistinin ayaqları tutuldu
11 Yanvar 2013 13:29 Mədəniyyət"Nə qədər yaşayar, yaşayar. Hər gün dava-dərman olunur. İynə-dərmanla yaşayır. Şəkərdən ayaqları tutulub, güclə yeriyir. Tez-tez təzyiqi yüksəlir, halsız olur". Publika.Az-a danışan xalq artisti Muxtar Maniyevin həyat yoldaşı Nəsibə Muxtarova şəkərli diabet və hipertoniyadan əziyyət çəkən aktyorun səhhətində irəliləyiş olmadığını deyir. Dediyinə görə, sənətkar həkim nəzarəti altında hər gün müalicə kursu keçir: "Üstündə uşaq kimi əsirik, xəstə də olsa, yaşasın".
Xatırladaq ki, bir neçə ildir ki, sevilən aktyorumuz səhhətindəki problemlə əlaqədar mütəmadi müalicə kursu keçir. Buna görə o, kino fəaliyyətinə də son verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31