Türk aktrisa mühasibini məhkəməyə verdi
10 Yanvar 2013 19:02 MədəniyyətTürkiyənin gənc, amma çox populyar aktrisalarından olan və seriallar ulduzu kimi tanınan Beren Saat mühasibi Muharrem Arazı məhkəməyə verib. Milli.Az Hürriyet-ə istinadən bildirir ki, aktrisanın vəkili Oğuz Müftüoğlunun dediyinə görə, mühasib Beren Saatın maliyyəsini mənimsəyib və vergilərdən böyük məbləğin yayındırılmasına səbəb olub. Saat mühasibindən 63 min lirə məbləğində təzminat tələb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31