Məşhur müğənninin əsl ölüm səbəbi məlum oldu
Emi Uaynhausun narkotikdən deyil, alkoqol zəhərlənməsindən öldüyü müəyyənləşib
10 Yanvar 2013 12:23 MədəniyyətBritaniyalı müğənni Emi Uaynhausun dəqiq ölüm səbəbi məlum olub. 2011-ci ildə 27 yaşında ikən dünyasını dəyişmiş soul və caz ifaçısının əvvəlcə narkotik maddədən həddindən artıq istifadə etməsi nəticəsində öldüyü hesab edilirdi. Lakin ikinci müstəntiq araşdırmasından sonra məlum olub ki, Emi Uaynhaus həddindən çox spirtli içki qəbul etdiyindən dünyasını dəyişib.
Təkrar istintaqı aparan müstəntiq Şirli Redklifin açıqlamasına görə, məşhur müğənninin qanında ölümcül dozada - yəni, normadan 5 dəfə artıq alkoqol aşkarlandığından, onun ölüm səbəbi alkoqol zəhərlənməsi olaraq müəyyənləşib.
Xatırladaq ki, Emi Uaynhaus 2011-ci ilin 23 iyulunda Londondakı evində ölü tapılmışdı. O, ölümündən əvvəl bir neçə il idi ki alkoqolizm və narkomaniyadan müalicə alırdı.