İbrahim Tatlısəs göz yaşlarını saxlaya bilmədi

İbrahim Tatlısəs uzun müddət sonra doğma şəhəri Şanlıurfaya səfər edib

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs uzun müddət sonra doğma şəhəri Şanlıurfaya səfər edib. Başından yaralandıqdan sonra 3 il doğma kəndindən ayrı qalan Tatlısəs yaxın dostları arasında duyğularını gizlədə bilməyib və gözyaşlarına boğulub.
Tatlısəs Şanlıurfaya gələn kimi ən sevdiyi yerli yeməkləri sifariş verib. Səfəri zamanı jurnalistlərə siyasətlə bağlı sual verməmələri üçün xəbərdarlıq edən Tatlısəs siyasi fikirlərini bir cümlə ilə ifadə etməyə çalışıb. "İnşallah sülh olsun, qardaş-qardaşı qucaqlasın, o halda mən də siyasətə atılaram", - deyə İbo qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31