Azərbaycanın xalq artistinə səhnəyə çıxmaq qadağan edildi
Buna baxmayaraq xalq artisti solo konsertə hazırlaşır
9 Yanvar 2013 19:03 MədəniyyətXalq artisti Mübariz Tağıyev bu il solo-konsert proqramıyla çıxış etmək istədiyini deyib.O, AzNews.az-a açıqlamasında bildirib ki, qarşıdan 65 illik yubileyi yaxınlaşır və bu səbəblə səhnəyə çıxmaq fikrindədir.Amma xalq artisti səhhətiylə bağlı səhnəyə çıxmağa tərəddüd etdiyini söyləyib: "Həkimlə də məsləhətləşmişəm. O deyib ki, səhnəyə çıxmağa tələsmə. Hazırda müalicəm davam edir. Amma nəfəslə bağlı bəzi problemlər var ki, həkimlər bunun düzəlməsi üçün çalışırlar. Təxminən yay aylarında Yaşıl Teatrda solo konsert proqramıyla çıxış etmək fikrindəyəm. Məşqlərə də başlamışıq. 20-yə yaxın mahnı ifa edəcəyəm. "Yeni ulduz" müsabiqəsinin uşaqları da olacaq. Şou proqram hazırlayacağıq".Qeyd edək ki, M.Tağıyev keçən il ürəyindən əməliyyat olunub.