Tom Kruz fəxri vətəndaş olacaq
9 Yanvar 2013 18:40 MədəniyyətTom Kruza Cənubi Koreyanın Pusan şəhərinin fəxri vətəndaşı statusu verilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, fəxri vətəndaşlıq statusunun verilməsi ilə bağlı tədbir Tom Kruzun Cənubi Koreyaya səfəri çərçivəsində qarşıdan gələn cümə axşamı keçiriləcək.
Şəhər rəsmilərinin sözlərinə görə, kino sənayesinə verdiyi töhfələrə görə, aktyora fəxri vətəndaş statusu verilib. Onlar, həmçinin bildiriblər ki, tanınmış aktyorun şəhərə səfəri Pusanın Asiya regionunda kino sənayesi mərkəzi statusunu daha da möhkəmləndirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31