“Park İNN”ə 4 ulduz verildi

Azərbaycanda 3 hotelə ulduz kateqoriyası verilib.   "Qafqazinfo"nun Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumatına görə, "Crescent Beach Hotel" mehmanxanasına (Bakı şəhəri, Salyan şossesi, Şıx çimərliyi) 4 ulduz, "Park Inn" mehmanxanasına (Bakı şəhəri, Azadlıq prospekti, 1) 4 ulduz və "Clear" mehmanxanasına (ünvan:  Bakı şəhəri, Dərnəgül qəsəbəsi, C. Xəndan küçəsi, 108) 4 ulduz verilib.  Bununla yanaşı, 6 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Həmin şrikətlər "Zərif Travel" MMC, "AVERTA" MMC, "Matrix Oasis" MMC, "Prince Tour" MMC, "R&R Müstəqil Media və Yayım" MMC və "SF Travel" MMC-dir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31