Əli Mirəliyev: “Samiraldo həmişə qabağımda baş əyir”

Əməkdar artist stilistin cavabını verdi

"Əli Mirəliyev verilişdə mənə dedi ki: "Sənə deməmişəm kişi kimi geyin?" Mən isə onun bu sözünə gülümsədim. Çünki o, birinci özü ilə məşğul olmalıdır". Bu barədə mətbuata açıqlama verən stilist Samiraldo deyib. Məsələyə münasibət bildirən əməkdar artist Əli Mirəliyevin sözlərinə görə Samir efirə mədəniyyətinə uyğun geyinmir: "Samirə həmişə demişəm, bu gün də deyirəm ki, efirə çıxanda kostyum geyin. Samirin həyatını bilirəm, çox əziyyətli günlər keçirib, ona görə mən susuram. Yəni mən Samirə demək istəyirəm ki, efir mədəniyyəti var, efirə stilist formasında yox, kostyumla çıx. Samir həmişə mənim qabağımda baş əyir və məni böyük kimi qəbul edir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31