Ən pis film hansıdır?

Ən pis filmlərə verilən "Qızıl Moruq" mükafatına namizədlərin adları açıqlanıb. SİA-nın məlumatına görə, "Alatoranlıq" saqasının sonuncu filmi - "Sökülən Dan Yeri: 2-ci Hissə" "ən pis film" nominasiyası daxil olmaqla, ümumilikdə 11 nominasiyada irəli sürülüb.
30 ildir ən pis filmləri mükafatlandıran "Qızıl Moruq Mükafatı Fondu"nun yaradıcısı Con Uilson bu il seçimin məhz bu filmə ediləcəyini istisna etmir. "Bu film-saqanın, demək olar ki, bütün seriyalarının namizədliyi vaxtilə irəli sürülüb, sonuncu hissəni də pislər siyahısında irəli sürmək üçün son şansımızdır", - Con Uilson belə deyib.
"Ən pis film" nominasiyasında namizədliyi irəli sürülmüş digər filmlər isə "Döyüş gəmisi", "Böyük Bal macəraları", Adam Sendlerin çəkildiyi "Bu, mənim oğlumdur" və Eddi Mörfinin rol aldığı "Min söz" filmləridir. Qaliblər fevralın 23-də ABŞ-ın Los-Anceles şəhərində, "Oskar" mükafatının təqdimetmə mərasimindən 1 gün əvvəl məlum olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31