Türkiyənin “Eurovision”dan imtinası müsabiqədə nəyi dəyişəcək? VIDEO

Erol Yüksel: “Səslərin verilməsinin ədalətli olmadığını düşünərək, bu il yarışmaya qatılmamağa qərar verdik”

Türkiyə bu il İsveçin Malmo şəhərində keçiriləcək 58-ci "Eurovision" mahnı müsabiqəsində iştirak etməkdən imtina edib. TRT Baş İdarəsinin bəyənatında deyilir ki, Avropa Yayım Birliyi üzv dövlətlər arasında ayrı-seçkilik edir və birliyinin ayrıca üzvü olan Almaniya, Fransa, İngiltərə, İspaniya, İtaliyanın son illərdə uğursuz çıxış etmələrinə baxmayaraq, yarımfinala qatılmadan finalda yarışırlar.TRT kanalının sədr müavini Erol Yüksel ANS-ə müsahibəsində Türkiyənin yarışmada iştirakını dayandırmasının səbəbini yarışma zamanı yol verilən ədalətsizliklərlə izah edib.Onun sözlərinə görə, son illərdə səsvermə zamanı ölkələr arasında "sən mənə 12 xal ver, mən sənə 12 xal verim, sən məni dəstəklə, mən səni dəstəkləyim" kimi vədlərin verilməsi artıq yarışmanın mahnı deyil, ölkələr arası yarışma olduğunu göstərir: "Səslərin verilməsinin ədalətli olmadığını düşünərək, bu il yarışmaya qatılmamağa qərar verdik".O, həmçinin bildirdi ki, növbəti illərdə keçirilən yarışlara Türkiyənin qatılıb-qatılmayacağı hələ məlum deyil.Qeyd edək ki, Türkiyə "Eurovision" mahnı müsabiqəsində 1975-ci ildən iştirak edir və bu günə kimi 34 yarışda çıxış edib.Xatırladaq ki, Türkiyə müsabiqədə iştirakdan imtina edən ilk ölkə deyil. Türkiyədən öncə Polşa, Portuqaliya, Slovakiya, Bosniya və Hersoqovina, "Eurovision 2013" müsabiqəsində iştirak etməkdən imtina edib. Onlar bunun səbəbini maliyyə problemlərinin olması ilə izah ediblər.Qeyd edək ki, "Eurovision"da iştirakın hər bir ölkəyə təqribən 2 milyon dollara başa gəldiyi bildirilir. Slovakiya İctimai kanalının yaydığı bəyanatda bildirilir ki, "Eurovision"da sərf ediləcək məbləğ ölkədaxili layihələrə sərf olunacaq.Yunanıstan və yunan Kiprinin də yarışmada iştirak etməyəcəyi gözlənilir. Milli seçimlərin münsiflər heyətinin üzvü Faiq Sücəddinov deyir ki, ölkələrin bir-birinin ardınca bu yarışmadan imtina etməsi "Eurovision" müsabiqəsinin nüfuzuna ciddi təsir etməyəcək: "Bu 5 ölkənin imtina etməsi o demək deyil ki, müsabiqə keçirilməyəcək. Təbii ki, keçiriləcək. Biz də qatılacağıq. Amma təəssüf ki, bu dövlətlər iştirak etmir. Ancaq "Eurovision"nun böyük tarixi var, qələbələri var. Bu müsabiqəyə bütün dünya baxır. İrəlilərdə mütləq bütün dövlətlər qatılacaq".Azərbaycanda müsabiqənin milli seçimləri dekabrın 17-dən etibarən başlayacaq və 8 həftə davam edəcək. Hər il olduğu kimi, bu il də prosedurlar eyni qaydada həyata keçiriləcək. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək.Qeyd edək ki, gələn il keçiriləcək yarışmada iştirak edəcək ölkələr dekabrın 25-dək məlum olacaq. Müsabiqənin yarım finalı mayın 14-ü,16-sı, finalı isə mayın 18-də baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31