Gözlənilməz qərar: "Muhteşem yüzyıl" yarımçıq dayandırılacaq

Türkiyənin ən populyar serialına çevrilmiş "Muhteşem yüzyıl"la bağlı müzakirələr və qalmaqallar səngimək bilmir.Serialdan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Avropadakı bir sıra ölkələr, İran, habelə tarixçilər və alimlər narazıdır.Onlar serialda tarixin saxtalaşdırıldığını, Sultan Qanuni Süleymanın arvadbaz və gününü hərəmxanada keçirmiş adam kimi təqdim olunduğunu vurğulayırdılar.Milli.Az DHA-ya istinadən bildirir ki, serialdan baş nazir Ərdoğanın kəskin narazılıq etməsi "Muhteşem yüzyıl"ın nümayiş olunduğu Star TV telekanalının rəhbərliyinə də təsir edib.Bu gün verilən qərara görə, serial gələn ilin iyununda mütləq şəkildə bitməlidir.Halbuki serialın prodüseri Timur Savçı "Muhteşem yüzyıl"ın 4 il davam edəcəyini söyləmişdi.Üstəlik, serialın əvvəlki seriyalarından fərqli olaraq, hərəmxanada "açıq-saçıq" səhnələr aradan qaldırılıb, aktrisalar isə daha qapalı və mühafizəkar geyimlərdədirlər.Serialın yeni seriyalarında isə hərəmxanadakı olaylarla müqayisədə savaş səhnələrinə üstünlük veriləcək.Serialın prodüserləri və çəkilişlə məşğul olan studiya "Muhteşem yüzyıl"ın iyunda bitməsi ilə bağlı heç bir açıqlama verməyiblər.Kinotənqidçilər bu qərarı serialın yarımçıq dayandırılması sayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31