Necati Şaşmazın sabiq sevgilisi nə hala düşdü... - FOTO

Türkiyənin populyar aktyoru, "Kurtlar Vadisi" serialındakı Polad Aləmdar rolu ilə məşhurlaşmış Necati Şaşmazın sabiq sevgilisi Nur Fettahoğlu depressiyadadır.Milli.Az Hürriyet-ə istinadən bildirir ki, 41 yaşlı Şaşmaz özündən 21 yaş kiçik Nagehan Kaşıkçı ilə evlənəndən sonra jurnalistlərə heç bir açıqlama vermək istəməyən aktrisa Fettahoğlu İstanbuldakı evindən çölə çıxmamağa çalışır.Lakin reportyorlar onu İstanbulun Nişantaşı səmtində görüblər.Necati Şaşmazla 1,5 il ərzində mediadan gizli saxlanan eşq yaşayan, amma münasibətləri sonradan aşkarlanan Fettahoğlu toy xəbərini eşidəndə şoka düşübmüş.Nurun yaxınlarının dediklərinə görə, Şaşmazla münasibətləri kəsəndən cəmi iki ay sonra aktyorun evlənməsi Fettahoğlunu pərişan edib.Şaşmazın nikah və toy xəbərini alanda isə Nur Fettahoğlu hönkürərək ağlamağa başlayıb.Depressiyaya düşən Nur Fettahoğlu iki gün yemək yeməyib, ac qalıb, çəkildiyi "Muhteşem yüzyıl" serialında işə də getməyib."Heç bir suala cavab verməyəcəyəm", - Nur jurnalistlərin bütün suallarını belə cavablayıb.Şaşmazla bağlı sualları eşidəndə kövrələn və gözləri dolan aktrisa ağlamamağa çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31