Dünyanı dəyişən 10 kitab - SİYAHI

Modern.az saytının oxuculara daha bir töhfəsi. Saytımızın ədəbiyyat bölməsində hamınızın diqqətinə səbəb olacaq "Bunları bilmək vacibdir" rubrikasına başlayırıq. Burada tanınmış elm, ədəbiyyat və mədəniyyət adamlarının hec kimə bəlli olmayan, qeyri-adi tərəfləri, elmi sirlər və insan təfəkkürü, eləcə də mənəviyyatı üçün dəyərli sayılacaq məqamlar diqqət mərkəzində olacaq.
İlk olaraq isə dünyanı dəyişən 10 kitabı nəzərinizə çatdırmaq istəyirik.

10-cu yer. Ziqmund Freyd - "Yuxu yozmaları" kitabı. Bu kitab psixoanalizə ən böyük töhfə hesab olunur. Lakin ilk illər satışı çox uğursuz olub. Hətta 600 nüsxənin satılması üçün bir neçə il lazim gəlib.

9-cu yer. Simon De Bevuar - "İkinci cins" əsəri. Bu kiatb feminizm tarixinin əsas kitablarından sayılır. Bevuar bu kitabda tarix boyu qadınlardan ikinci cins kimi istifadə edildiyini vurğulayıb.

8-ci yer. Herodot - "Tarix" əsəri. Kitab eramızdan əvvəl 440-cı ildə yazılıb, İran-Yunan, həmçinin yunan şəhər dövlətlərindən bəhs edilir. Bu kitabla tarix elminin əsası qoyulub.

7-ci yer. Qalileo Qaliley - "Dialoq" əsəri. Bu əsər bəşəriyyərin əsas konflikt və müzakirə obyektinə çevrilən elm və din qarşıdurmasının əasaını qoyub. Bu əsərə görə Qaliley əvvəl həbs olunub, sonra isə faciəli şəkildə edam edilib.

6-ci yer. İshaak Nyuton - "Riyaziyyatın prinsipləri". 1687-ci ildə yazılmış əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub.

5-ci yer. Çarlz Darvin - "Növlərin mənşəyi". Əsərdə yeni növlərin meydana gəlməsi və onların zamanla təkamülündən bəhs edilir. Elmi və dini inanca zidd olduğuna görə, Darvinin nəzəriyyəsi indi də mübahisə obyektidir.

4-cü yer. Adam Smit - "Millətlərin sərvəti". Bu kitab müasir dünya iqtisadiyyatı anlayışını, azad iqtisadiyyatı və rəqabəti formalaşdırıb.

3-cü yer. Karl Marks və Fridrix Engels - "Kommunist" manifesti. Tarixdə ən çox iz qoyan siyasi əsərlərdən sayılır. Manifest bütün insanların bərabər olduğu sinifsiz bir cəmiyyət yaratmağa çalişırdı.

2-ci yer. İncil. Bu kitab yaranmasından iki əsr sonra bütün Roma imperiyasını bütpərəstlikdən xilas edib . İncil vasitəsilə xristianlıq bütün dünyaya yayılıb.

1-ci yer. Qurani-Kərim. İslam dininin müqəddəs kitabı sayılan Quran təkcə 1 milyarddan çox müsəlmanın deyil, eləcə də bütün bəşəriyyəti dəyişən ən möhtəşəm kitab hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31