NASA-dan “Gangnam Style” şou (VİDEO)
NASA akademiyasının tələbələri bu musiqinin müşayiəti ilə əyləncəli klip hazırlayıb
15 Dekabr 2012 09:10 MədəniyyətCənubi Koreyalı müğənni PSYnin son günlər virtual dünyanın fenomeni olmuş "Gangnam Style" mahnısı və rəqsi NASA əməkdaşlarına da təsirsiz ötüşməyib. NASA akademiyasının tələbələri bu musiqinin müşayiəti ilə əyləncəli klip hazırlayıb. "NASA Johnson Still" adlı klip NASA-nın rəsmi "Facebook" səhifəsində yayılıb. Müğənninin özü tərəfindən ifa olunan mahnının nəqəratında orijinaldan fərqli olaraq "Nasa conson stayl" (NASA Johnson Still) deyilir.Klipin, NASA və Johnson kosmik mərkəzində aparılan fəaliyyətlər barədə insanları məlumatlandırmaq məqsədilə könüllü tələbə qrupu tərəfindən hazırlanmış ictimai layihə olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31