Türkiyə “Eurovision”dan imtina etdi

Türkiyə "Eurovision" müsabiqəsində iştirak etməyəcək. Türkiyə mətbuatının məlumatına görə, TRT gələn il İsveçdə keçiriləcək "Eurovision" müsabiqəsinə Türkiyənin qatılmayacağını elan edib.TRT-nin yazılı açıqlamasında əsas səbəb kimi 2011-ci ildən səsvermə qaydalarında dəyişikliklər göstərilir. Belə ki, izləyicilərin səsvermə hüququ 50 faiz, digər 50 faiz isə münsiflərə verilməsi Türkiyənin müsabiqədə uğursuzluğu ilə nəticələnib.TRT iddia edir ki, izləyici səslərinin 50 faizə endirilməsinə səbəb Almaniya, Fransa, İngiltərə, İspaniya və İtaliyanın son illərdə əldə etdiyi müvəffəqiyyətsizliyi ilə bağlıdır və bu haqsızlıqdır. Ona görə də bu ölkələr yarımfinala qatılmadan birbaşa finala vəsiqə qazanırlar.
Türkiyə artıq 58-ci Eurovision müsabiqəsində iştirak etməyəcəyini bir daha bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31