İlyas Tapdığın səhhətində problem yaranıb VIDEO
Şair: "78 yaşında nə problem olacaq? "
14 Dekabr 2012 16:17 MədəniyyətAzərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair İlyas Tapdığın səhhətində problem yaranıb. Artıq şair Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həyat yoldaşının vəfat etməsindən sonra şairin səhhətində ciddi problemlər yaranıb. Özü isə səhhətində elə də ciddi problem olmadığını deyir: "78 yaşında nə problem olacaq? Səbəb əsəb yorğunluğu ola bilər. Mən elə də tez-tez xəstələnən deyiləm. Başqa pis xəstəliklər keçirməmişəm. Yaxşıyam, özümü yaxşı hiss edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31