Aysel Əlizadənin 100-dən çox ayaqqabısı var

Şou-biznesdə zövqlə geyinən sənətçilərdən biri də müğənni Aysel Əlizadədir. "Azadinform" xəbər verir ki, daha çox qarderoba pul xərcləyən müğənni bu sarıdan zəngin olmasa da fərqli seçim etdiyini iddia edir: "100-dən çox ayaqqabım var. Hər xarici səfərimdə gözüm yeni bir modelə rastlaşır. Anam tərəddüd edir ki, oxşar modeli evdə var. Amma mən yenə alıram. Əsas diqqəti səhnə geyimlərinə ayırıram. Modeli bəyəndimsə, mütləq almalıyam. Amma baxır hansı çərçivədə".

Fərqliliyi dar şalvar və bir qədər mini ətəklər geyinməklə edən müğənni yaşının bu seçimi etməyə imkan verdiyini söyləyir: "Brendlərə və mənə yaraşana üstünlük verirəm. Amma hər gün də paltar almıram. Belə bir imkanım olsa belə, pul xərcləmərəm. Çünki yaradıcılığım daha önəmlidir. Sənətimdə dönüş yarada biləcək layihələrə başlamışam. Hələ ki, həmin layihələrin tələb etdiyi geyimlərə pul xərcləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31