"Qızıl Qlobus" mükafatına nominantların adları məlum oldu
Film festivalı artıq 70-ci dəfədir ki, keçirilir
14 Dekabr 2012 19:25 MədəniyyətHollivud Xarici Mətbuat Assosiasiyası 70-ci dəfə keçirilən "Qızıl Qlobus" film festivalının nominantlarının adlarını açıqlayıb. ANS PRESS-in "RİA" Novosti-yə istinadən verdiyi məlumata görə, ilin ən yaxşı dramatik film adına iddialı filmlər Kventin Tarantinonun "Azad olunmuş Canqo", Stiven Spilberqin "Linkoln", Ben Afflekin siyasi trilleri "Arqo əməliyyatı", Ketrin Biqelounun Üsəma ben Ladenə həsr olunmuş "Hədəf nömrə bir" və Enqa Linin "Pinin həyatı" adlı filmləridir.
"Ən yaxşı dram aktrisası" seçilmək üçün aktrisa Cesika Çesteyn, Marion Kotiyyar, Helen Mirren, Reyçel Vays və Naomi Uottsun adları irəli sürülüb. Mətbuat Assosiasiyasınin yazdığına görə, ən yaxşı kişi roluna Riçard Gir, Denzel Çainqton, Deniel Dey-Lyuis, Xoakin Feniks və Con Xouks təqdim olunur.
Ən yaxşı xarici film beşliyinə isə "Sevgi"(Almaniya, Avstraliya, Fransa), "Şahzadə işləri"(İsveç), "1+1"(Fransa), "Kon-Tiki"(Danimarka, Britaniya, Norveç) və "Pas və sümük"(Belçika) filmləri daxildir.
Qeyd edək ki, 1942-ci ildən bəri "Qızıl Qlobus" mükafatı kinofilm və ekran işlərinə verilir.