Azərbaycanlı model Türkiyədə elə bir don geyindi ki...

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva Erkan Özermanın rəhbəri olduğu "Best Model of the World" yarışmasının finalında münsif kürsüsündə yer alıb. İstanbulda "Best Model of the World 2012" yarışmasının qalibləri bəlli olub. Milli.Az Trend Life-a istinadən xəbər verir ki, kişilər arasında qalib Berk Altan, qadınlar arasında qalib isə Sezgi Sena olub. Qadınların yarışmasında ikinci yeri belçikalı model tutub. Kişilərin yarışmasında isə Çaddan olan model ikinci yerə sahib olub. Türkiyə mətbuatı Berk Altanı tanınmış futbol məşqçisi Fatih Terimin qızının sevgilisi adlandırır.
Gecənin aparıcıları isə Sibel Tüzün, Ece Filiz İbrahim Hayberi olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31