Aygün Kazımova Moskvaya getdi
Xalq artisti Rusiyanın paytaxtında klip çəkdirəcək
14 Dekabr 2012 14:29 MədəniyyətÖtən həftə ardıcıl olaraq iki estetik əməliyyat keçirən xalq artisti Aygün Kazımova bu səhər Moskvaya yola düşüb. ANS PRESS-in məlumatına görə, xalq artistinin Rusiyaya səfəri klip çəkilişləri ilə bağlıdır. Müğənni bu dəfə yeni duet ortağı Elton Hüseynəliyevlə klip çəkdirir.
Qeyd edək ki, dünya ulduzlarından biri ilə layihəyə imza atmağa hazırlaşan Aygün Kazımova vokal dərsləri alır. Ona bu işdə Britni Spirsin vokal müəllimi yardımçı olur. Bundan başqa, xalq artistinə Beyonsun rəqs müəllimindən xoreoqrafiya dərsləri alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31