Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri bıçaqlandı
14 Dekabr 2012 10:53 MədəniyyətBu gecə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran rayon şöbəsinin müdiri bıçaqlanıb.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1953-cü il təvəllüdlü Ramiz Musarza oğlu Əzimov Vilvan kəndində yaşadığı evin həyətində naməlum şəxs tərəfindən bıçaqlanıb.Ramiz Əzimov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31