Hürrəm Sultan Ərdoğanın xanımına bənzədi - Foto

“Möhtəşəm Yüzil” müzakirəsinə daha bir mövzu əlavə edilib.

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğanın "Möhtəşəm Yüzil"i tənqidindən sonra serialda bəzi dəyişikliklər baş verib.Belə ki, serialın yeni bölümündə Hürrəm Sultan və bütün qadınların "dekoltə"lərini bu seriyada geyinmədikləri məlum olub.Hətta bir çox səhnələrdə Hürrəm Sultan başını təmamilə örtüb. O, xüsusilə Qanuni Sultan Süleymanla olduğu səhnələrdə hicaba bürünüb.Bu hadisə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Hürrəm Sultanın yeni geyim tərzinin Ərdoğanın xanımı Əminə Ərdoğanın tərzinə bənzədiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31