Xəstəxanadakı qızının yanına tələsən ana yol qəzasında öldü
14 Dekabr 2012 09:05 MədəniyyətAğdamda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib.Zəhərlənərək xəstəxanaya yerləşdirilən qızının yanına getmək üçün tələsən ana yol qəzasında ölüb. Belə ki, dünən Ağdamın Əfətli kənd sakini, 1991-ci ildə anadan olmuş Hacıyeva Risalə Suliddin qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Bundan xəbər tutan anası Əliyeva Gülşad Abdulla qızı, oğlu Əliyev Firidun Suliddin oğluna məxsus "VAZ 2106" markalı minik maşınında qızının ardınca gedərkən Ağdam rayonunun Alıbəyli kəndi ərazisində qəzaya düşüb. "Jiquli" qarşıdan gələn "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü Əliyev Firuddin Suliddin oğlu ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Bərdə MRX-nın Travmatologiya şöbəsinə çatdırılıb.Onun sərnişini, anası, 1959-cu il təvəllüdlü Gülşad Əliyeva hadisə yerindəcə keçinib. "Mercedes"in sürücüsü isə hadisə yerindən qaçıb. Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanıb.APA