Rianna həyatını bölüşdü

Amerikalı müğənni Rianna yeni fotolarını yayıb.  24 yaşlı, əslən barbadoslu olan ifaçı Aralıq dənizində istirahətdə olarkən çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşıb.
 Milli.Az TMZ-yə istinadən bildirir ki, Aralıq dənizində istirahət üçün yaxtanı icarəyə götürən və rəfiqələri ilə dincələn Rianna heç nədə qadağa tanımayıb.
Viski, pivə, şampan, martini, habelə siqar - Rianna "əməllicə" dincəlibmiş. Fotoların əksəriyyətində bikinidə olan Rianna çoxsaylı bijuteriyalarını da göstərib.
Dünən isə Rianna Fransanın paytaxtı Parisdə keçirilən "La Chanson De L'Annee 2012" musiqi müsabiqəsinə qatılıb. O, səhnəyə çıxaraq ən populyar mahnılarından bir neçəsini oxuyub. Paris çıxışı Riannanın yeni, "Unapologetic" adlı albomunun tanıtımı çərçivəsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31