Bakıda Gənc pianoçuların I Beynəlxalq müsabiqəsi keçiriləcək

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2013-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində Gənc pianoçuların I Beynəlxalq müsabiqəsini keçirəcək.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xalqlar və dövlətlərarası mədəni əlaqələrin genişləndirilməsi, fortepiano ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədi daşıyan müsabiqə 13-18 yaşlı uşaq və gənclər arasında 2 yaş qrupu üzrə (I qrup 13-15 yaş, II qrup 16-18 yaş) keçiriləcək.
Gənc pianoçuların I Beynəlxalq müsabiqəsinin Əsasnaməsi Azərbaycan, rus və ingilis dillərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytının Sənədlər bölməsində yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31