Azərbaycanlı bəstəkar: "Məleykə oxuyan deyil..."

"Mahnını ifa edən müğənni əgər pul verib o mahnını alıbsa, onun kimlərəsə qadağa qoymağa haqqı çatır. Amma şəxsən mən hesab edirəm ki, yaxşı əsər yaşamalıdır. Əgər müğənni o mahnını 7-8 il oxuyubsa, başqa müğənnilər də həmin mahnıları oxuya bilər. Amma bir şərtlə ki, əsər peşəkar səviyyədə ifa olunsun".
Xalq artistləri İlhamə Quliyeva ilə Məleykə Əsədova arasında yaranan mahnı qalmaqalına, mahnının bəstəkarı, əməkdar incəsənət xadimi Faiq Sücəddinov münasibət bildirib.
Publika.Az-a açıqlama verən bəstəkar primadonnanın tərəfində olduğunu gizlətməyib: "Mən əsərin yaşamasının və müxtəlif müğənnilər tərəfindən oxunmasının tərəfindəyəm, amma İlhamə xanım bir məsələdə haqlıdır. Çünki Məleykə oxuyan deyil, o aktrisadır. Həm də Məleykə xanım ayda-ildə bir dəfə bu mahnını oxuyur".

Qeyd edək ki, söhbət musiqisi Faiq Sücəddinova, sözləri Xanım İsmayılqızına məxsus olan "Yalan" mahnısından gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31