Polad Alemdarın toyundan yeni

Sürpriz toyun yeni təfərrüatları bəlli olub

Ötən gün sürpriz şəkildə evlənən Necati Şaşmazın (Polad Alemdar) toyunun yeni təfərrüatları bəlli olub. P.Alemdar 12.12.12 tarixində iki aylıq sevgilisi Nagehan Kaşıkçı ilə nigaha girib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ailə daxilində keçirilən mərasimdə 50 nəfər iştirak edib. 41 yaşlı aktyor 21 yaşlı sevgilisi ilə evlənəndən sonra yallı da gedib. Mərasimdən sonra isə Polad Alemdar onları gözləyən mətbuat nümayəndələrinə toy şirinliyi paylayıb və sualları cavablandırıb. "Bu hazırlıqlı, planlı şəkildə olan toydur. Tarixi özəlliklə belə seçmişəm. Ana-atamın da toyu 12.12 tarixində olub".
Bundna sonra "Kurtlar Vadisi"nin baş qəhrəmanı dikdaban ayaqqabı ilə özündən hiss edilən dərəcədə böyük olan həyat yoldaşı ilə əl-ələ mərasim keçirilən yeri tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31