Şah İsmayıl Xətainin yeganə əl yazması Amerika üzə çıxıb
13 Dekabr 2012 15:07 MədəniyyətAmerikada Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar keçirilən silsiləvi sərgilər çərçivəsində bu ölkənin arxivlərində araşdırmalar zamanı Şah İsmayıl Xətainin uzun illər ərzində axtarılan yeganə əlyazması olan divanı tapılıb.
"Azadinform"un məlumatına görə, 1520-ci ilə aid, 104 səhifədən ibarət əlyazma Birinci dünya müharibəsi ərəfəsində Alman zinət əşyaları taciri tərəfindən alınaraq Almaniyaya aparılması və oradan isə təhlükəsizlik məqsədilə Parisə köçürülüb. İtkin düşdüyü hesab olunan əlyazma tacirin nəvəsi tərəfindən Amerikaya digər ailə xəzinəsi ilə birgə gətirilib və 1960-cı ildə Amerikada muzeyə hədiyyə olunub.
Arxivdən çıxarılaraq baxılmasına icazə verilən əlyazma artıq yüksək ixtisaslı mütəxəssislər tərəfindən digitallaşdırılaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təqdim edilib. Kolleksioner öz arxivindən Mərkəzə Səfəvilər dövrünün 1530-cu ilinə aid qızıl işləmələrlə yazılmış 9 səhifə nəfis əlyazma da hədiyyə edib. Əlyazmanın dekabrın 15-i Nizami Gəncəvinin 870 illik yubileyinin yekununa həsr olunmuş növbəti sərgidə təqdim olunması nəzərdə tutulur.