Britni Spirs dünyanın ən bahalı müğənnisidir

"Forbes" jurnalının reytinq cədvəlinə əsasən, dünyanın ən bahalı pop ulduzu Britni Spirsdir. O, 2011-ci ilin mayından 2012-ci ilin mayınadək 58 milyon dollar qazanıb. Gəlirin əsas hissəsi onun sonuncu "Femme Fatale" albomundan əldə edilib. Bundan başqa dünya turnesi, reklam çarхlarında iştirak və ətir istehsalı müğənniyə külli miqdarda gəlir gətirib. Məşhur musiqi şousu "X-faktor"da münsiflər heyətinə rəhbərlik edən Spirs hər il bu işinə görə 15 milyon dollar alacaq.
Reytinq cədvəlində ikinci yeri 22 yaşlı Teylor Svift (illik gəliri 57 milyon dollar), üçüncü yeri isə 24 yaşlı Rihanna (53 milyon dollar) tutur. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31