Əli Mirəliyevin “Facebook” allergiyası

Şou-biznesin qalmaqal "banisi" Əli Mirəliyev yenə də söz atıb. "Azadinform"un məlumatına görə, onun bu dəfə atılan sözü sosial şəbəkələrə tuşlanıb.
Həmkarlarının ünvanına hər zaman doğru ya yalan ismarıc göndərən qalmaqallı müğənni bu dəfə onları yaradıcılıqla məşğul olmaq əvəzinə "Facebook"da vaxt itirməkdə qınayıb: "Müğənni sosial şəbəkələrdə oturmaqdansa gözəl mahnılar oxumalıdır. Vaxtını yaradıcılığına sərf etməlidir. Sosial şəbəkələrdə vaxt keçirənlər, bekar adamlardır. Mən "Facebook"da oturmağı boş vaxt itkisi hesab edirəm. Ondansa bəstəkar və xalq mahnılarını öyrənsinlər. Səslərinə düşən mahnıları öyrənsinlər. "Facebook"da vaxt keçirmək müğənnilərə fayda gətirməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31