Elşad Xosenin başına butulka və mikrofon çırpdı

"Qulağını dinc, başını sakit istəyirsənsə, heç kimə fikir vermə!". Amma bizim şou-əhli bu məsələ heç fikir vermək istəmirlər ki, istəmirlər. Elə bu səbəbdən də gündəmə gəlməyin ən dəb variantı olan qalmaqallar yaranır. Bu sıradan olan reper Elşad Xose bu dəfə gecə klublarının birində qalmaqal yaradıb, özü də əlbəyaxa qalmaqal. "Azadinform"un məlumatına görə, Xose gənc müğənni Sultan Qocayevlə dalaşıb.  S.Qocayevin dediyinə görə, qarşıdurmada o da dinc durmayıb və Elşad Xosenin başına butulka və mikrofon çırpıb: "Elşad səhnədə çıxış edən zaman mən qulaqlarımı tutdum. Ona qulaq asmaq istəmədim. Bu da Elşadın xoşuna gəlmədi. O, oxuyandan sonra tamaşaçıların arasında əyləşdi və mənə kinayəli suallar verərək təhqir etdi. Bundan bərk qəzəbləndim, əvəzində onun cavabını verdim. Orada olan adamlar araya girdilər, bizi ayırdılar. Onu olduğum məkanda görmək istəmədiyimi söylədim və Elşad da çıxıb getdi". 
Burada deyirlər ki, xoşun gəlmir qulağına qulaqcıq tax, başqa musiqi dinlə də, daha bunu niyə faş edirsən, ay Sultan?!
Qeyd edək ki, Elşad Xosenin məsələyə aydınlıq gətirib, ya gətirməyəcəyi hələ bilinmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31