Röya: "Böyük pullar xərcləyirəm"
13 Dekabr 2012 19:02 MədəniyyətRöya söz verir ki, "özünün kiçik səsi ilə" Türkiyəni fəth edəcək. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə müğənni "ATV Maqazin" proqramına bildirib. O deyib ki, bütün işləri sakitliklə görür. Başqa müğənnilər kimi gördükləri işləri hay-küylə eləmir.
"Tez hərəkət etmək istəmirəm ki, sonradan özümə zərər vurmayım. İnsanlar elə düşünürlər ki, mən heç nə edə bilmərəm, ancaq sonda səhv etdiklərini başa düşürlər. İşləyirəm və bunun üçün böyük pullar xərcləyirəm. Türkiyədə məni sevirlər, çünki mənim səsim var. Orada hamının yanında məni sevməyən öz ifaçılarımızı yüksəkdə tuturam", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31