Rəqsanə: “Mən İlhamə xanıma böyüyümüz kimi yanaşmışam”
13 Dekabr 2012 13:32 MədəniyyətSon günlər xalq artisti İlhamə Quliyeva onun repertuarından bəhrələnən sənətçilər haqqında kəskin fikirlər danışır. İttihamlarından biri Rəqsanəyə ünvanlanıb. O, açıqlamasında: "Ay Rəqsanə, get toylarda çıxış et və öz çörəyini ye. Başa düşmürəm, ona və başqalarına mənim mahnılarımın nə aidiyyatı var. O elə oxuyur ki, sanki quyruğunu tapdalayıblar. Belə oxumaq utancvericidir. Ona mənim mahnılarımı oxumağı rəsmən qadağan edirəm" - deyib.
Rəqsanə xalq artistinin fikrinə Publika.Az-da aydınlıq gətirib:
"Mən İlhamə xanımın mahısını xəbərsiz oxumamışam. Efirə çıxırdım. Özünə zəng vurdum ki, mahının lentə yazdırmışam. Dedim göndərim dinləyin, bəyənsəniz efirdə səsləndirim. Dedi, oxu, efirdən dinləyəcəm. Səsləndirəndən sonra özünə yenidən zəng vurub fikrini öyrəndim. İndiki kimi kəskin heç nə demədi. Bildirdi ki, mahılarımın möhürünü vurmuşam. Onları heç kim mənim kimi oxuya bilməz. Bu ifadəni hər zaman hamı üçün deyir. Repertuarına qarşı mühafizəkardır. Xoş sözlərlə söhbətimizi bitirdik. Amma bu günkü açıqlaması məni təəccübləndirdi. Mən İlhamə xanıma böyüyümüz kimi yanaşmışam. Hörmətini saxlamışam" .