Flora Kərimova ilk dəfə rok oxudu -

Xalq artisti Flora Kərimova gənc müğənni Ramal Rəsul ilə rok janrında duet ifa edib. Bunu Lent.az-a açıqlamasında Ramal Rəsul bildirib.
"Mənə elə gəlir ki, sözləri və musiqisi Tural Bakuviyə məxsus olan "Bağışla" adlı mahnı Flora xanımın repertuarında ilk oldu. Artıq bu mahnıya klip çəkdirmək niyyətindəyik. Düşünürəm ki, bu mahnını dinləyənlər fərqli bir duetin ərsəyə gəldiyini deyəcəklər".
Qeyd edək ki, xalq artisti Flora Kərimova indiyə qədər Akif İslamzadə, Faiq Ağayev, Telman Adıgözəlov, müğənnilər Nadir Qafarzadə, Rövşən Civişov, Aslan Hüseynov, Samir Bağırov, Faytonçu Nazimlə duet oxuyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31