Flora Kərimova: "Bəsdir, ayıb deyil?" - QALMAQAL

Xalq artisti İlhamə Quliyevanın müğənnilərə qadağası sənət adamlarını əməlli-başlı hiddətləndirib. "İlhamə, bəsdir, indi də Məleykə? Ayıb deyil? Açığı, mən sənə qarşı şübhəliyəm, səhhətindən nigaranam. Onu bil ki, savaşa-savaşa yaşamaq olmaz, özünü düşün". Xalq artisti Flora Kərimova primadonnanın xalq artisti Məleykə Əsədovaya "qadağa"sından əməlli-başlı qəzəblənib. 
Publika.Az vasitəsilə əzəli və əbədi düşməni İlhaməyə səslənib: "Mahnının sahibi bəstəkar və söz müəllifidir, müğənninin mahnıya qadağa qoymağa ixtiyarı çatmır. Məleykə yazıq qız nə vaxt ortaya düşüb, "mən peşəkar müğənniyəm" deyib axı? O, gözəl aktrisadır və səhnədə oxumağı, oynamağı bacarmalıdır. Əgər bu mahnını da götürüb oxuyubsa, buna görə niyə qadağa ilə qarşılaşmalıdır? Mahnı heç kimin göbəyinə yazılmayıb".
"Sənin savaşının olmayan vaxtı olacaqmı, görəsən, biz bu günü görə biləcəyikmi?" - Flora Kərimova qarşı tərəfə enerjisini pozitiv istiqamətdə sərf etməyi məsləhət görüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31