Faiq Ağayev: “Xalqa, millətə və dövlətə bütün varlığı ilə bağlı olan lider – Heydər Əliyev!”
12 Dekabr 2012 18:47 MədəniyyətUlu öndər Heydər Əliyevin Azərbaycan xalqının rifahı üçün həyatın hər bir sahəsinə olan diqqəti və göstərdiyi qayğı danılmaz bir faktdır. Hamı kimi bunu mədəniyyət və incəsənət nümayəndələri də təsdiq edir. Şou-biznesin ən öndə gedən simalarından biri, Xalq artisti Faiq Ağayev də Ulu öndərin anım günündə onun haqqında söz deməyi özünə unudulmaz borc bilib. "Azadinform" xəbər verir ki, xalq artisti "facebook" sosial şəbəkəsində özünə məxsus səhifədə Heydər Əliyev şəxsiyyətini belə səciyyələndirib: "Qürurlanıram ki, mən bir müğənni və vətəndaş kimi Heydər Əliyev epoxasında formalaşmışam. İlk fəxri adımı verən unudulmaz Şəxsiyyət! Qüdrət və iradə təcəssümü, təkrarolunmaz xarizma sahibi! Xalqa, millətə və dövlətə bütün varlığı ilə bağlı olan Lider - Heydər Əliyev!"