Cavanşir Məmmədov televiziyaları ittiham elədi
Cavanşir Məmmədov: “Telekanallar kimi təbliğ eləsələr o öndədir”
12 Dekabr 2012 17:29 MədəniyyətOqtay Ağayev, Sara Qədimova, Tükəzban İsmayılova kimi "musiqi tanrıları"nı yetişdirən cəmiyyət bu cür səslərə möhtac qalıb. İndiki məqamda insanlar bu düşüncə ətrafında çox çək-çevir edirlər. Müğənni Cavanşir Məmmədova görə, vəziyyətin niyə bu yerə çatdığını demək çox qəlizdir: "Bunun cavabını əslində telekanalların musiqi rəhbərləri daha yaxşı bilirlər. Bu cür sualları onlar yaxşı cavablandırarlar. İndi telekanallar kimi təbliğ edirlərsə öndə də onlarıdır". Azərbaycan musiqisinin ən yaralı yerlərindən biri də ustad bəstəkar azlığıdır. Demək olar ki, bəstəkarlar cəmiyyəti bayağı mahnılara qulaq asmaq məcburiyyətində buraxırlar. Cavanşir Məmmədov isə bildirdi ki, hal-hazırda az da olsa ölkədə yaxşı əsərlər ortaya qoya biləcək bəstəkarlar var: "Vəziyyət o qədər də acınacaqlı deyil". Müğənni Cavanşir Məmmədov son olaraq onu bildirib ki, çox yaxınlarda öz pərəstişkarların ı yeni mahnılarla sevindirəcək. O, hal-hazırda yeni mahnı yazılışları üzərinə işlədiyini qeyd etdi. ("OLAYLAR" İA)