Müslüm Maqamayev haqqında üç novella

Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər kinostudiyasında məşhur Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ xalq artisti Müslüm Maqomayevə həsr olunmuş 3 hissəli bədii-sənədli musiqili film üzərində iş yekunlaşmaq üzrədir. Nazirlikdən verilən məlumata görə, filmin rejissoru və ssenari müəllifi Azərbaycan Respublikasının xalq artisti Tofiq İsmayılov bildirib ki, ekran əsərinin dekabrın sonlarında tamaşaçılara təqdim olunması nəzərdə tutulur.
"Sən mənim nəğməmsən", "Sadiq dostlar" və "Mavi dəniz" bölmələrindən ibarət ekran əsərinin çəkilişləri Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrdə aparılıb. Filmi Müslüm Maqomayev haqqında üç novella da adlandırmaq olar. Hər bir bölməyə ayrı-ayrılıqda baxmaq mümkündür. Artıq filmin iki hissəsinin çəkilişləri başa çatıb, üçüncü bölümün üzərində isə iş aparılır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31