Tar dünyada Azərbaycan musiqi aləti kimi tanınıb - Əbülfəs Qarayev
12 Dekabr 2012 17:08 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Azərbaycan tar ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunan mərasim keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, mərasim rejissor Nizami Abbasın tar musiqi alətinin qədimliyindən və ifaçılıq sənətindən bəhs edən sənədli filminin nümayişi ilə başlanıb.
Tarın UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinin hamımız üçün böyük bayram olduğunu deyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, xalqımızın zəngin mədəniyyətinin zirvəsində duran tar artıq bəşəriyyət tərəfindən məhz Azərbaycan musiqi aləti kimi tanınınıb. O, tarın təkcə qədim mədəniyyətimizi, ifaçılıq sənətimizi yaşadan deyil, həm də müasirliyi özündə əks etdirən bir musiqi aləti olduğunu qeyd edib. ("OLAYLAR"İA)