İran Azərbaycanla tarın davasını edir

İran Azərbaycanın musiqi aləti kimi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsini araşdırmaq üçün ekspertlər qrupu yaradıb.
"Qafqazinfo"nun İran KİV-nə istinadən verdiyi xəbərə görə, belə bir təşəbbüslə İran Musiqi Evi çıxış edib. Eyni zamanda İranın bir çox mədəniyyət təşkilatları UNESCO-nun bu qərarına etiraz edərək, ölkənin bu sahə üzrə səlahiyyətli məmurlarını səhlənkarlıqda ittiham ediblər.
İran Musiqi Evinin icarçı direktoru Həmidrza Nurbaxş bildirilib ki, tezliklə tarın İran musiqi aləti olmasını sübut edəcək tarixi sənədlər dərc olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31