Viktoriya Bekhem keçmiş qrupundan utanır
12 Dekabr 2012 19:35 MədəniyyətViktoriya Bekhem dünən, nəhayət ki, öz keçmiş qrupu, Spice Girls qızları ilə görüşüb.Londonun Pikkadili teatrında keçmiş Spice Girls qrupunun təşkil etdiyi "Viva forever" muziklı səhnəyə qoyulub. Muzikldən sonra qızlar Pikkadili teatrının səhnəsində əl-ələ görünüblər. Hər biri iştirak etdikləri muzikl barədə fikirlərini bildiriblər. Lakin deyəsən Viktoriya qızların yanında olmaqdan bir az utanıb. Digər Qızlar Melani Broun, Emma Bunton, Geri Halliuell və Melani Kişholm daha əyləncəli və şən görünərkən, Viktoriya kənarda dayanıb. Qızlar açıq-saçıq zarafatlar etdikdə isə utanaraq üzünü tutub. Səhnədən endikdən sonra isə 38 yaşlı dəb dizayneri Viktoriya qızlarla deyil, uşaqları ilə şəkil çəkdirməyə üstünlük verib.
Onu da deyək ki, Londonda Pikkadili teatrında keçirilən tədbirə gələn ən sonuncu qonaq da məhz Bekhemlər ailəsi olub. Onlar çox gec gəliblər. Teatrda isə keçmiş qrup üzvləri ilə oturmaq yerinə Viktoriya ailəsi ilə oturmağa üstünlük verib. Devid Bekhem isə bütün halı ilə ər olmaqdan qürurlandığını göstərib. Viktoriya ailəsi ilə vaxt keçirərkən qrupun keçmiş üzvləri əsl qızlar partisi ediblər. Onlar birlikdə əylənərək, fotoqraflara poz veriblər.