Habil Əliyev: “Rəvanın ətrafında yüzlərlə qadın ola bilər”

"Rəvan yaraşıqlı kişidir, onun ətrafında yüzlərlə qadın ola bilər. Burda nə var ki, bunu böyüdüb qalmaqala çeviriblər. Adı hallanan o qadın keçmişdə kim olub, nəçi olub, bunun Rəvana nə dəxli var axı. Yəqin, əvvəllər münasibətləri olub, sonra da aralanıblar".
Hazırda fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin keçmiş millət vəkili Gülər Əhmədova ilə bağlı yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan M.Ə.Sabir adına kitabxananın sabiq direktoru Sevinc Babayevanın tanınmış müğənni Rəvan Habiloğlunun sevgilisi olması xəbərinə atadan- ustad sənətkar Habil Əliyevdən cavab gəldi.
Publika.az saytına açıqlama verən kaman ustadı bu məsələnin şişirdilib mətbuat səhifəsinə çıxarılmasına etiraz edib: "Rəvanın sənəti var, özü də peşəkar musiqiçidir. Gedin bundan yazın. Yoxsa ki, Rəvan filan qadınla sevgili olub, noolsun?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31